0
Wednesday 26 January 2022 - 01:05

İran prezidenti: “Qarşı tərəf tətbiq etdiyi sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”

Story Code : 975596
İran prezidenti: “Qarşı tərəf tətbiq etdiyi sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”
“Bu kimi istəklər yeni deyil, həmişə olub və uzun müddətdir davam edir. Bəzi ölkələr mesaj verir ki, ABŞ birbaşa danışıqlar aparacaq niyyətindədir. İndiyə kimi birbaşa danışıqlar aparılmayıb, lakin indi deyirik ki, əgər qarşı tərəf sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi bu gün canlı yayımda etdiyi çıxışında ABŞ-ın İranla birbaşa müzakirə etmək istəyi ilə bağlı danışarkən deyib.

İran Prezidenti İ.Rəisi Rusiyaya səfərindən məmnun qaldığını bildirib. "Rusiyada qəbul edilən qərarlar iki ölkənin xalqlarının mənafeyinə və qonşuluq əlaqələrinin inkişafına yönəlib”.

O, başçılıq etdiyi hökumətin xarici siyasətini bütün sahələrdə balanslı olduğunu vurğulayıb: “Qonşu ölkələrimizlə siyasi münasibətlərdə balansı qoruyuruq. Qonşu ölkələrlə ticarət və iqtisadi potensial dəyərləndirilməlidir”.