İran rəsmisi Ukrayna müharibəsinin səbəbi barədə açıqlama verib
Story Code : 994754
SalamNews xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə deyib.
"Düşünürük ki, bu gün gördüyümüz hər şeyin kökündə NATO-nun genişlənməsi və ya Avropa reallıqlarına məhəl qoymamaq dayanır. Bu, Qərb tərəfindən bir sıra ölkələrin, xüsusən də Rusiyanın siyasi təhlükəsizlik mülahizələrinə, eləcə də onilliklər əvvəl bağlanmış sazişlərinə məhəl qoyulmamasıdır”, - Xətibzadə bildirib.