Islam Times 4 Dec 2021 102021000000Sat, 04 Dec 2021 10:22:58 +0330 10:22 https://www.islamtimes.org/az/news/966787/bərzani-tezliklə-qisasımızı-alacağıq -------------------------------------------------- Title : Bərzani: Tezliklə qisasımızı alacağıq! -------------------------------------------------- İslamTimes: Ən qısa vaxtda İŞİD-dən qisasımızı alacağıq. Text : Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani deyib. “Millətimizi qorumaq və peşmərgə qüvvələri ilə bağlı narahatlıq yaratmamaq üçün müdafiə potensialını inkişaf etdirmək lazımdır. Tezliklə şəhidlərimizin qisasını düşməndən almalıyıq”, - Bərzani deyib. Qey edək ki, İŞİD terror təşkilatının ötən gün Mahmurda həyata keçirdiyi hücum nəticəsində peşmərgə döyüşçüləri və mülki şəxslər həyatını itirib.