Islam Times 23 Jan 2022 012022000000Sun, 23 Jan 2022 01:39:40 +0330 1:39 https://www.islamtimes.org/az/news/975138/ərdoğan-türkiyədə-3-formatında-görüşü-planlaşdırdığını-açıqlayıb -------------------------------------------------- Title : Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb -------------------------------------------------- İslamTimes: Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb Text : Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. "Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. Onun sözlərinə görə, Ankara 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır”, - məlumatda deyilir.