Islam Times 7 May 2014 082014000000Wed, 07 May 2014 08:48:15 +0430 8:48 https://www.islamtimes.org/az/news/379969/terrorçular-qaçırtdıqları-qızları-qul-kimi-satacaq -------------------------------------------------- Title : Terrorçular qaçırtdıqları qızları qul kimi satacaq -------------------------------------------------- IslamTimes - “Boko Haram” qruplaşması Nigeriyada 200-dən artıq qızın qaçırılması ilə bağlı video yayımlayıb. Text : “Axar.az” Qərb mətbuatına istinadən xəbər verir ki, qruplaşma qaçırılan qızların əsir olaraq saxlandığını və onları qul kimi satacaqlarını açıqlayıb. 3 həftədir qızlarından xəbər ala bilməyən valideynlər Nigeriya rəsmilərinin məsələ qarşısında yetərincə diqqət göstərməməsindən şikayətlənirlər.  Xatırladaq ki, “Boko Haram” qruplaşması aprelin 14-də “Borno” ştatında yerləşən məktəbə hücum ediərək, 200-dən artıq qızı qaçırtmışdı.