Islam Times 22 Sep 2021 222021000000Wed, 22 Sep 2021 22:22:59 +0330 22:22 https://www.islamtimes.org/az/news/955257/abş-konqresmeni-vaşinqton-artıq-dünya-lideri-deyil-müttəfiqlərimiz-bizdən-çəkinir -------------------------------------------------- Title : ABŞ Konqresmeni: Vaşinqton artıq dünya lideri deyil - Müttəfiqlərimiz bizdən çəkinir -------------------------------------------------- İslamTimes: Maykl Valtz, Co Baydenin BMT Baş Assambleyasındakı çıxışını tənqid edərək, Vaşinqtonun müttəfiqlərinin artıq ABŞ-ı dünya lideri olaraq görmədiyini söyləyib. Text : Fox News yazıb ki, Co Baydenin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında "yeni diplomatiya dövrünə qədəm qoyuruq" söylədiyi çıxışı ciddi tənqidlərlə üzləşib. ABŞ Nümayəndələr Palatasındakı konqresmenlərdən olan Maykl Valtz deyib: "Düşünürəm ki, Ağ Evdəki düşmənlərimizdə zəiflik hissi yaranıb. Bu hissin bariz nümunəsini Əfqanıstandakı fəlakətdə müşahidə edə bilərik. Bu gün müttəfiqlərimiz düşmənlərimizdən bu mesajı alır ki, "ABŞ uğursuzluğa düçar olub, ABŞ artıq sizin yanınızda ola bilməyəcək və ABŞ artıq dünya lideri deyil!"