Islam Times 17 Jan 2022 172022000000Mon, 17 Jan 2022 17:23:27 +0330 17:23 https://www.islamtimes.org/az/news/974094/sionistlər-gənc-fələstinlini-vəhşicəsinə-qətlə-yetirib -------------------------------------------------- Title : Sionistlər gənc fələstinlini vəhşicəsinə qətlə yetirib -------------------------------------------------- İslamTimes: Bir fələstinli bu gün İordan çayının qərb sahilində, Beyt-Lehmdə sionist yaraqlılar və bir qəsəbə sakini tərəfindən güllələnərək, dəhşətli şəkildə qətlə yetirilib. Text : "Şahab" informasiya agentliyinin verdiyi məlumata görə, sionistlər iddia ediblər ki, gənc fələstinli Gosh Atsion yaxınlığında soyuq silahla əməliyyat keçirmək niyyətində olub və bu səbəbdən güllələnib. Bu hadisə ilə bağlı yayılan videodan görünür ki, sionistlər hədəf alaraq yaraladıqları gəncin ciddi qanaxma keçirməsinə bamayaraq, onu yerdə köməksiz vəziyyətdə qoyublar. Daha dəhşətlisi isə qaniçən İsrail əskərlərinin yaralı fələstinli gəncin xilas edilməsinə mane olmaları olub.