Islam Times 29 Nov 2021 232021000000Mon, 29 Nov 2021 23:54:53 +0330 23:54 https://www.islamtimes.org/az/news/966101/əl-məşat-məribin-14-şəhəri-yəmənin-ağuşuna-qayıdıb -------------------------------------------------- Title : Əl-Məşat: Məribin 14 şəhəri Yəmənin ağuşuna qayıdıb -------------------------------------------------- Yəmən Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşat son son ingilis hərbçisinin Yəməndən çıxarılmasının ildönümü və Yəmənin müstəqilliyinin 54-cü ildönümü münasibətilə verdiyi bəyanatda Yəmən xalqını təbrik edib. Text : Əl-Məsirə kanalının məlumatına görə, Əl-Məşat deyib: "Xarici işğalçıların Yəmənə qayıtması muzdluların xəyanətinin, onların yəmənlilərin əcdadlarının mübarizə tarixinə vurduqları zərbənin böyüklüyünün əlamətidir. Bu gün izzət və şərəf o şəxslərə məxsusdur ki, vətəni tənha qoymadılar, rüsvayçılıq isə vətəninə xəyanət edənlərə aiddir! Əlbəttə ki, bu gün mövqelərində dəyişiklik edərək, Səudiyyə koalisiyası cəbhəsini tərk edən onlarla, yüzlərlə yəmənli qardaş və övladımız vətənin ağuşuna dönür. Buna şahid olmaq böyük şərəfdir!"