Islam Times 9 Jan 2022 172022000000Sun, 09 Jan 2022 17:08:08 +0330 17:08 https://www.islamtimes.org/az/news/972718/abş-terrorçuların-bölgəsində-zavod-tikir -------------------------------------------------- Title : ABŞ terrorçuların bölgəsində zavod tikir -------------------------------------------------- İslamTimes: ABŞ Suriyanın şimal-şərqində YPG-PYD nəzarətində olan Haseke əyalətində neft emalı zavodu tikir. Text : Modern.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb. Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın taxıl anbarı sayılan qonşu Haseke əyalətində yerləşir.