Islam Times 22 Jun 2021 112021000000Tue, 22 Jun 2021 11:30:45 +0430 11:30 https://www.islamtimes.org/az/news/939418/husilər-üç-gündə-işğalçılara-məxsus-ikinci-pua-nı-vurublar -------------------------------------------------- Title : Husilər üç gündə işğalçılara məxsus ikinci PUA-nı vurublar -------------------------------------------------- İslamTimes: Husilər Yəmənin Mərib əyalətinin səmasında Səudiyyə Ərəbistanı koalisiyasına aid bir PUA-nı vurduqlarını bildiriblər. Text : SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri tvitter səhifəsində açıqlama verib. O bildirib ki, Yəmənin Mərib əyalətində Səudiyyə Ərəbistanı koalisiyasının bir ədəd ABŞ istehsalı olan “Scan Eagle” tipli kəşfiyyat PUA-sı havadan müdafiə ilə vurularaq düşürülüb. Qeyd edək ki, son günlərdə Yəmənin Mərib əyaləti istiqamətində döyüşlər yenidən baş qaldırıb. Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.