Islam Times 27 Nov 2021 132021000000Sat, 27 Nov 2021 13:56:38 +0330 13:56 https://www.islamtimes.org/az/news/965716/rob-mali-fars-körfəzi-ölkələri-iranla-saziş-tərəfdarıdırlar -------------------------------------------------- Title : Rob Mali: Fars körfəzi ölkələri İranla saziş tərəfdarıdırlar -------------------------------------------------- İslamTimes: ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi bildirib ki, Fars körfəzi ölkələri İranla diplomatik və iqtisadi əlaqələri inkişaf etdirmək üçün HBFP sazişinin bərpa olunmasını istəyirlər. Text : "FarsNews" informasiya agentliyinin məlumatına görə, İranın nüvə proqramı ilə bağlı müzakirələr aparmaq üçün işğal olunmuş Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfər edən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Mali NPR radiosuna müsahibə zamanı bildirib: "Fars körfəzi ölkələri İranla 5+1 arasında imzalanmış HBFP nüvə sazişinin bərpa olunmasını istəyirlər. Onlar bu sazişin iqtisadi əlaqələri inkişaf etdirmək üçün vacib olduğunu deyirlər..." O əlavə edib: “HBFP sazişi bərpa olunacağı təqdirdə Amerika və Fars Körfəzi ölkələri İranla diplomatik və iqtisadi əlaqələri yaxşılaşdırmağa hazır olacaq. Körfəz ölkələri regionu iqtisadi və diplomatik cəhətdən ideal məkana çevirmək üçün bu sazişin imzalanmasını istəyirlər."