Islam Times 25 Dec 2021 082021000000Sat, 25 Dec 2021 08:38:34 +0330 8:38 https://www.islamtimes.org/az/news/970198/bmt-liviya-hakimiyyətinə-seçicilərlə-bağlı-müraciət-edib -------------------------------------------------- Title : BMT Liviya hakimiyyətinə seçicilərlə bağlı müraciət edib -------------------------------------------------- İslamTimes: BMT Liviyaya seçkilərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazırdır. Text : “Report”un “Anadolu”ya istinadən məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş və onun Liviya üzrə xüsusi müşaviri Stefani Uilyams Liviyada seçkilərin təxirə salınacağı ilə bağlı xəbəri şərh edərkən bildiriblər. Qeyd edilir ki, bu, ölkədəki siyasi böhranın aradan qaldırılmasına kömək etməlidir. Quterreş Liviyada 2,8 milyon seçicinin olmasına diqqət çəkib. “Bu insanların göstərdiyi iradəyə hörmətlə yanaşmaq çox vacibdir”, - deyə təşkilat rəhbəri vurğulayıb.