Islam Times 17 Aug 2016 222016000000Wed, 17 Aug 2016 22:49:10 -0400 22:49 https://www.islamtimes.org/az/news/561237/türkiyədə-azərbaycanlı-qardaş-bacısını-öldürdü -------------------------------------------------- Title : Türkiyədə azərbaycanlı qardaş bacısını öldürdü -------------------------------------------------- IslamTimes - Türkiyədə azərbaycanlı qadın qardaşı tərəfindən qətlə yetirilib. Text : APA-nın verdiyi məlumata görə, hadisə Trabzon şəhərinin Ortahisar bölgəsində baş verib. Gülxanım Əkbər adlı 33 yaşlı azərbaycanlı qadının, qardaşı - 30 yaşlı Əli Əkbərlə binanın pilləkənində pul üstündə mübahisəsi düşüb. Bacısından pul istəyən və ala bilməyən Ə. Əkbər onu bıçaqlayıb. G. Əkbər qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə. Əkbərin saxlanılması istiqamətində tədbirlər görülür.