Islam Times 15 Jan 2022 112022000000Sat, 15 Jan 2022 11:26:21 +0330 11:26 https://www.islamtimes.org/az/news/973681/rusiya-qoşunları-da-qazaxıstandan-çixdi -------------------------------------------------- Title : Rusiya qoşunları da Qazaxıstandan ÇIXDI -------------------------------------------------- İslamTimes: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələri tərkibində olan Rusiya sülhməramlıları bu gün Qazaxıstandan çıxıb. Text : Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya qoşunları Qazaxıstanı təyyarələrlə tərk edib. “Qazaxıstandakı Rusiya sülhməramlılarının bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar. On beş İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”, - deyə xəbərdə bildirilir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra yardım üçün KTMT-yə müraciət etmişdi. Yanvarın 13-də KTMT missiyasının Qazaxıstanda başa çatması elan edildi. Dünən Ermənistan və Tacikistan sülhməramlıları vətənlərinə qayıdıblar.