Islam Times 12 Jan 2022 112022000000Wed, 12 Jan 2022 11:22:42 +0330 11:22 https://www.islamtimes.org/az/news/973177/bayden-növbəti-dəfə-harrisi-səhvən-prezident-adlandırıb -------------------------------------------------- Title : Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb -------------------------------------------------- İslamTimes: Bayden növbəti dəfə Harrisi səhvən prezident adlandırıb Text : ABŞ Prezidenti Cozef Bayden üçüncü dəfə səhv edərək vitse-prezident Kamala Harrisi “dövlət başçısı” adlandırıb. “Report” xəbər verir ki, məlumatı “Fox News” telekanalı yayıb. “Ötən həftə Prezident Harrislə Kapitolidə ölkəmizin tarixi - 2021-ci il yanvarın 6-nı (bu tarixdə Ağ Evə basqın olmuşdu - red.) və ondan sonrakı dövrü müzakirə edirdik”,- Cozef Bayden bildirib. ABŞ Prezidenti bununla üçüncü dəfədir Kamala Harrisi “prezident” adlandırır. Qeyd edək ki, ABŞ Prezidenti bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyadının deyilişini, “vaksinasiya” ilə “eskalasiya”nı, eləcə də Suriya ilə Liviyanı və İraqla İranı dəyişik salmışdı.