Islam Times 22 Sep 2021 032021000000Wed, 22 Sep 2021 03:13:50 +0330 3:13 https://www.islamtimes.org/az/news/955078/ağ-ev-abş-iranla-nüvə-anlaşması-ilə-bağlı-gələcək-danışıqlara-hazırdır -------------------------------------------------- Title : Ağ Ev: ABŞ İranla nüvə anlaşması ilə bağlı gələcək danışıqlara hazırdır -------------------------------------------------- İslamTimes: “Vaşinqton rəhbərliyi İranla nüvə anlaşması ilə bağlı əlavə məsləhətləşmələrə hazırdır, lakin danışıqların yeni mərhələsi üçün heç bir tarix açıqlanmayıb”. Text : APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Jen Psaki brifinqdə deyib. Ağ Ev sözçüsü əlavə edib ki, diplomatik əlaqələr üçün qapı açıq olaraq qalır: "Nümayəndə heyətimiz ən yaxşı yolun dialoq saxlamaq, məsləhətləşmələr aparmaq olduğunu və danışıqlara qayıda biləcəyimizi hər zaman vurğulayıb. Hazırda bunun nə vaxt olacağı ilə bağlı yeni bir məlumatım yoxdur”.