Islam Times 27 Aug 2015 132015000000Thu, 27 Aug 2015 13:45:32 -0400 13:45 https://www.islamtimes.org/az/news/482335/iran-yalnız-s-300-komplekslərinin-ixrac-olunmasından-sonra-rusiyaya-qarşı-qaldırdığı-iddiadan-imtina-edəcək -------------------------------------------------- Title : "İran yalnız S-300 komplekslərinin ixrac olunmasından sonra Rusiyaya qarşı qaldırdığı iddiadan imtina edəcək" -------------------------------------------------- Islamtimes - İran və Rusiya S-300 zenit-raket komplekslərinin ixrac edilməsinə dair danışıqları davam etdirirlər. Text : Deyerler.org-un "İtar-tass"a istinadən verdiyi xəbərə grə, hal-hazırda İran və Rusiya rəsmi Tehranın S-300 zenit-raket komplekslərinin 2007-ci ildə ixrac olunmamasına dair qaldırdığı təzminat iddiasına dair razılaşma əldə edə bilməyiblər. "Mzakirələr hələ də davam edir. Yekun razılaşma hələ ki, əldə olunmayıb. İrana tərəfi S-300 zenit-raket kompleksləri ixrac edəndən sonra təzminat iddiasının ləğv edilməsini təklif edir. Rusiya isə təzminat iddiasının raket komplekslərinin ixrac olunmamasından əvvəl ləğv edilməsinə təkid edir", - deyə diplomatik mənbənin verdiyi məlumatda bildirilir. Qeyd edək ki, Rusiya 2007-ci ildə S-300 zenit-raket komplekslərini ixrac etməkdən imtina etmişdi. Bunun mqabilində İran məhkəmədə Rusiya qarşı təzminat iddiası qaldırmışdı.