Islam Times 17 Oct 2021 162021000000Sun, 17 Oct 2021 16:57:57 +0330 16:57 https://www.islamtimes.org/az/news/959183/abş-f-35-ə-ödənilən-vəsaitin-əvəzinə-türkiyəyə-16-qırıcı-təyyarələri-təklif-edib -------------------------------------------------- Title : ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib -------------------------------------------------- İslamTimes: “Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib” Text : APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata açıqlamasında bildirib. R.T.Ərdoğan deyib ki, həmin vəsaitin geri qaytarılması üçün Türkiyə tərəfi danışıqları davam etdirir: “ABŞ tərəfi isə bu ödənişin əvəzinə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif etmişdi. Bununla əlaqədar olaraq da biz ölkəmizin müdafiə sənayesi ehtiyaclarını qarşılamaq üçün hansı addımlar atmaq lazımdırsa, o addımları da atacağıq. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik. Problemin həlli üçün dialoqun tərəfindəyik.”.