Islam Times 28 Dec 2021 092021000000Tue, 28 Dec 2021 09:26:08 +0330 9:26 https://www.islamtimes.org/az/news/970685/abş-ekspertindən-şok-gələn-ay-müharibə-başlayacaq -------------------------------------------------- Title : ABŞ ekspertindən şok: Gələn ay müharibə başlayacaq -------------------------------------------------- İslamTimes: Co Bayden və onun administrasiyasının qlobal çağırışlara ləng reaksiyası təhlükəli nəticələrə, o cümlədən müharibəyə gətirib çıxaracaq. Text : Axar.az xəbər verir ki, bu barədə amerikalı politoloq Çak Devor deyib. “Baydenin yöndəmsizliyi Çin və Rusiyanı qətiyyətli və təcavüzkar addımlar atmağa sövq edir. Gələn ay dünyada müharibə başlaya bilər, Amerika və onun müttəfiqləri isə tamam nüfuzdən düşəcək”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, dünya təkcə Ağ Evin prosesləri düzgün analiz edə bilməməsi səbəbindən deyil, eyni zamanda çevik reaksiya verməməsindən dolayı da təhlükəli vəziyyətdədir.