Islam Times 20 Jan 2022 002022000000Thu, 20 Jan 2022 00:32:32 +0330 0:32 https://www.islamtimes.org/az/news/974564/zelenskidən-xalqa-rusiya-hücumu-ilə-bağlı-müraciət -------------------------------------------------- Title : Zelenskidən xalqa Rusiya hücumu ilə bağlı müraciət -------------------------------------------------- İslamTimes: Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə qapılmamaq gərəkdir. Text : Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. “Müharibə artıq səkkizinci ildir ki, davam edir, indi panikaya düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq və kibrit toplamaq vaxtı deyil”, - deyə videomüraciətdə bildirilib. Zelenski ölkəsinin müharibə istəmədiyini, lakin müdafiəyə hər an hazır olduğunu söyləyib. Dövlət başçısının sözlərinə görə, Rusiya təcavüzkarlığı ilə bağlı yayılan xəbərlər insverstorlara və biznesə hücum məqsədi daşıyır.