Islam Times 18 Dec 2011 072011000000Sun, 18 Dec 2011 07:16:33 +0330 7:16 https://www.islamtimes.org/az/news/123162/wall-street-in-işğalı-hərəkatı-yayılmaqda-davam-edir -------------------------------------------------- Title : "Wall Street-in işğalı" hərəkatı yayılmaqda davam edir -------------------------------------------------- IslamTimes - “Wall Street-i Tutun” etiraz aksiyası Nyu York şəhərinin Wall Street küçəsinə yürüşlə başladı. Polis nümayişçilərin qarşısını alaraq onların Nyu Yorkun Səhm Birjasına daxil olmasına imkan vermədi. Text : Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsulların gəliri arasındakı fərq uçurumu “Wall Street-in işğalı” fəallarının Nyu York küçələrinə çıxmaları səbəblərindən biridir. İqtisadi bərabərsizlik və işsizlik üzündən yüzlərlə şəhərlərdə fəallar etiraz aksiyası keçirdi. Fəallar maliyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, lakin maliyə böhranı yaşayan sadə insanların kreditə aldıqları evlərinin əllərindən alınmaları ilə üzləşdiklərini deyirlər. “Wall Street-in işğalı” hərəkatı maliyə böhranına görə bankları və Wall Street-i təqsirləndirir. Fəallar deyir ki, ölkə ictimayyətinin bir faiz zəngin təbəqəsi küllü miqdarda pul əldə edir, siyasətçilərdən istifadə edərək zənginlərin vergilərinin artırılmasının qarşısını alırlar və yoxsulların sosial xidmətlərinə mənfi təsir göstərməklə 99 faiz yoxsul və orta təbəqədən olan insanlardan səmərələnirlər.