Islam Times 18 Oct 2021 142021000000Mon, 18 Oct 2021 14:41:53 +0330 14:41 https://www.islamtimes.org/az/news/959327/nato-çinin-ölkələrimizə-çata-biləcək-raketləri-var -------------------------------------------------- Title : NATO: Çinin ölkələrimizə çata biləcək raketləri var! -------------------------------------------------- İslamTimes: NATO-nun baş katibi Yens Stoltenberq bu gün Çin hökumətinin hipersəs raketlərinin sınağı ilə bağlı yayımladığı hesabata münasibət bildirib. Text : Financial Times-ın verdiyi məlumata görə, Stoltenberq Çinin səbəb olduğu təhlükəsizlik təhdidinin qarşısının alınmasının NATO-nun gələcək planlarında yer alacağını söyləyib. O bildirib ki, Çinin fəaliyyətləri NATO-nun planlarını yenidən nəzərdən keçirməsinə səbəb olub. NATO baş katibi Çinin kiber imkanları, yeni texnologiyaları və uzaq mənzilli raketlərinin Avropanın təhlükəsizliyinə təsir etdiyinə işarə ilə deyib: "NATO-nun müttəfiqlərini bu təhdidlərə qarşı necə müdafiə edəcəyi qarşıdakı on il üçün müzakirə ediləcək NATO doktrinasında tam olaraq araşdırılacaq." NATO baş katibi deyib ki, NATO Şimali Amerika və Avropanın ittifaqıdır. Bu gün məntəqə qlobal problemlərlə üzləşir. Terror, kiber hücumlar və Çinin meydana çıxması. Buna görə də, ümumi müdafiəmizi gücləndirməliyik. Çinin bu gün meydanda görünməsi bizim təhlükəsizliyimizə təsir edə bilər.