Islam Times 20 Dec 2021 122021000000Mon, 20 Dec 2021 12:49:42 +0330 12:49 https://www.islamtimes.org/az/news/969371/israil-hərbçiləri-biz-bunu-bacarmırıq -------------------------------------------------- Title : İsrail hərbçiləri: Biz bunu bacarmırıq! -------------------------------------------------- İslamTimes: Beni Qantzın "İrana hücuma hazır olun" göstərişindən sonra İsrail ordusu etiraf edib ki, İrana hücum etmək iqtidarında deyil! Text : Rəsmi Tehranın Vyanada HBFP nüvə sazişini bərpa etmək üçün danışıqlar apardığı bir zaman İsrailin müdafiə naziri Beni Qantz İsrail hərbçilərinə Tehrana qarşı hərbi əməliyyatlara hazır olmaq əmri verib. Amma sionist hərbçilərin cavabı Beni Qantz üçün ürək açan olmayıb. Sionist rəsmilər etiraf ediblər ki, İsrail ordusu İrana hücum etmək iqtidarında deyil! "The New York Times" bu mövzu ilə bağlı xəbərdə bildirib: "Bir çox İsrail hərbi rəsmisi və ekspertlər təkidlə bildirib ki, İsrail ordusu İranın nüvə proqramını hətta ləngidə biləcək hər hansı bir hücumu həyata keçirmək qabiliyyətinə malik deyil! Sionist rejim İranın yer altında, dərinlikdə inşa edilmiş nüvə obyektlərini sıradan çıxara biləcək bombalara malik deyil." 1981-ci ildə İraqa hücumda iştirak etmiş İsrail Hərbi Hava Qüvvələrinin pilotu general Rilik Şefer də bu haqda deyib: “İranın nüvə obyektlərinə ciddi zərər toxundurmaq, oranı hədəf almaq çox çətindir, hətta qeyri-mümkündür!"