Islam Times 18 Jul 2020 142020000000Sat, 18 Jul 2020 14:45:05 -0400 14:45 https://www.islamtimes.org/az/news/875195/iran-vasitəçilik-təklif-etdi-telefon-danışığı -------------------------------------------------- Title : İran vasitəçilik təklif etdi - Telefon danışığı -------------------------------------------------- İslamTimes: İran bir daha Azərbaycanla Ermənistan arasında yaranmış gərginliyə son verilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Text : Teleqraf.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə azərbaycanlı həmkarını Ceyhun Bayramov arasında telefon danışığı olub. Məhəmməd Cavad Zərif yeni təyinat mnasibəti ilə Ceyhun Bayramovu təbrik edib və ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb. Zərif Azərbaycan və Ermənistan arasındakı qarşıdurmada həlak olan hərbilərin vəfatından kədərləndiyini deyib. O, bir daha İranın Azərbaycanla Ermənistan arasında vasitəilik etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, İranın bir neə şəhərində Azərbaycana dəstək mintinqi keirilib, İran dvlət rəsmiləri isə bildirib ki, İran İslam Respublikası Azərbaycanın suverenliyinə və ərazi btvlynə hrmətlə yanaşır və mbahisələrin slh yolu ilə həll edilməsi tərəfdarıdır.