Islam Times 20 Sep 2021 002021000000Mon, 20 Sep 2021 00:12:10 +0430 0:12 https://www.islamtimes.org/az/news/954700/rusiyanın-hakim-vahid-rusiya-partiyası-seçkilərdə-qələbəsini-elan-edib -------------------------------------------------- Title : Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib -------------------------------------------------- İslamTimes: Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Text : APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, partiyanın ictimai dəstək qərargahında tədbir keçirilib. Vahid Rusiya Partiyasının katibi, Federasiya Şurasının sədr müavini Andrey Turçak partiya üzvlərini inamlı qələbə münasibətilə ilə təbrik edib. O, çıxışında Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyevin xəstə olduğundan toplantıya qatılmadığını, onun bütün partiya üzvlərini təbrik, “Vahid Rusiyaya” səs verənlərə təşəkkür etdiyini bildirib. Daha sonra “Vahid Rusiya”nın seçkilərdə Moskva üzrə siyahısına rəhbərlik edən paytaxt meri Sergey Sobyanin çıxış edib. Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər üç gün ərzində - 17-19 sentyabr tarixlərində keçirilib. Onlayn və ənənəvi formatda keçirilən seçkilərdə səsvermə yerli vaxtla 20:00-da başa çatıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Nəticələrə görə, “Vahid Rusiya” 42,50 faiz səslə siyahıya liderlik edir. Ana müxalifət Kommunist Partiyası 23,22 faiz səslə ikinci, liberal demokratlar 8,82 faizlə üçüncü, Ədalətli Rusiya- Həqiqət Uğrunda Partiyası (7,13) dördüncü, Yeni İnsanlar Partiyası isə 6,95 faiz səslə beşinci yerdə qərarlaşıb.