Islam Times 16 Jun 2021 122021000000Wed, 16 Jun 2021 12:29:39 +0430 12:29 https://www.islamtimes.org/az/news/938358/əfqanıstan-ordusu-bir-rayon-mərkəzini-talibandan-geri-alıb -------------------------------------------------- Title : Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb -------------------------------------------------- İslamTimes: Əfqanıstan Ordusu və təhlükəsizlik qüvvələri Faryab əyalətinin bir rayon mərkəzini Taliban hərəkatından geri alıb. Text : SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Ordusu bəyanat verib. Bildirilib ki, Əfqanıstan Ordusu və təhlükəsizlik qüvvələri hava zərbələrinin müşayiətilə ötən gecədən Faryab əyalətinin Dövlətabad rayonunun mərkəzini geri almaq üçün əməliyyata başlayıblar. Məlumata görə bu gün səhər Dövlətabad şəhəri Taliban silahlılarından təmizlənib. ToloNews ötən gün bildirib ki, son iki ayda ölkədə 30 rayon mərkəzi Talibanın nəzarətinə keçib. Qeyd edək ki, bu hücumlar ABŞ və NATO qüvvələrinin ölkədən çıxması, habelə Dohada aparılan sülh danışıqları fonunda baş verir.