Islam Times 22 Sep 2021 222021000000Wed, 22 Sep 2021 22:05:21 +0330 22:05 https://www.islamtimes.org/az/news/955250/həmas-fələstinə-rəhbərlik-üçün-daha-uyğundur -------------------------------------------------- Title : "Həmas Fələstinə rəhbərlik üçün daha uyğundur" -------------------------------------------------- İslamTimes: Fələstinlilərin 80%-i Əbu Mazenin (Mahmud Abbasın) istefa verməsini istəyir Text : İordan çayının qərb sahilində və Qəzza Zolağında Siyasi və Statistik Araşdırmalar Mərkəzinin 2021-ci il 15-28 sentyabr tarixi arasında keçirdiyi sorğunun nəticələri göstərir ki, sorğuda iştirak edənlərin təxminən 80 faizi Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın istefasını istəyir. Fələstinlə bağlı müxtəlif mövzularda ünvanlanan sorğunun nəticələri Fələstinin "Səfa" xəbər agentliyində dərc edilib. Sorğuda 1270 nəfər iştirak edib. Qeyd edək ki, Fələstin xalqı Mahmud Abbasın sionist İsrail rejiminin göstərişləri ilə qərarlar qəbul etdiyinə inanır və bu səbəbdən Mahmud Abbas fələstinlilər tərəfindən sevilmir.