Islam Times 28 Apr 2021 092021000000Wed, 28 Apr 2021 09:45:47 +0430 9:45 https://www.islamtimes.org/az/news/929655/əfqanıstanda-130-dan-çox-talibançı-öldürüldü -------------------------------------------------- Title : Əfqanıstanda 130-dan çox talibançı öldürüldü -------------------------------------------------- İslamTimes: “Taliban” hələ məlumatı şərh etməyib Text : Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 135 döyüşçüsü öldürülüb. AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir. Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib. Məlumata görə, ümumilikdə 135 talibançı öldürülüb, 92-si yaralanıb. Təhlükəsizlik qüvvələri, həmçinin yolun kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib. “Taliban” hələ məlumatı şərh etməyib.