Islam Times 29 Nov 2021 222021000000Mon, 29 Nov 2021 22:48:40 +0330 22:48 https://www.islamtimes.org/az/news/966096/sionist-hərbçilərinin-təcavüz-qalmaqalı-dünyaya-səs-saldı -------------------------------------------------- Title : Sionist hərbçilərinin təcavüz qalmaqalı dünyaya səs saldı -------------------------------------------------- İslamTimes: İşğalçı İsrail rejimində hərbçilərin həbxsxanın qadın işçilərinə qarşı hərəkətləri bütün dünyada müzakirə olunur Text : “Themedialine.org” internet saytı öz hesabatında bildirib ki, sionist rejim hərbçiləri arasında zorakılıq hadisəsi qalmaqalı bu rejimin qadın zabitləri ilə yanaşı fələstinli əsir qadınlardan da yan ötməyib. Ən son qalmaqal bir neçə gün əvvəl Dan Şaroni adlı yüksək rütbəli sionist yüksək rütbəli hərbçi ilə bağlı olub. Bu şəxs işğalçı rejimin qadın zabitlərini icazəsiz şəkildə münasib olmayan vəziyyətdə lentə alıb. Dan Şaroninin bu biabırçı ittihamla həbs olunması xəbəri bütün dünyada səs-küylə qarşılanıb. Hətta Şəroninin tabeliyində olan qadın zabitlərin ailələri və yaxınları bildirib ki, bu qadın zabitlər Şaroninin davranışından qaynaqlanan stress səbəbiylə yatmaq və yemək yemək qabiliyyətini itiriblər. Qeyd edək ki, işğalçı İsrail rejimi hərbçiləri həbsxana rəhbərliyinin "gözündə ucalmaq" üçün Fələstin məhbus xanımlara da olmazın işkəncələrini veriblər.