Islam Times 21 Apr 2021 132021000000Wed, 21 Apr 2021 13:47:28 +0430 13:47 https://www.islamtimes.org/az/news/928449/çin-hbfp-sazişinin-bərpası-üçün-irana-qarşı-bütün-sanksiyalar-ləğv-edilməlidir -------------------------------------------------- Title : Çin: HBFP sazişinin bərpası üçün İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir -------------------------------------------------- İslamTimes: Çinin Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi və HBFP sazişi ilə bağlı Birgə Komissiyanın iclasında Çini təmsil edən Vanq Kan ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi bütün sanksiyaların tamamilə ləğv edilməsini istəyib. Text : Vanq çərşənbə axşamı Vyanada HBFP sazişi ilə bağlı təşkil olunan Birgə Komissiya iclasının bitməsindən sonra bildirib ki, İrana qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi Vyanadakı müzakirələrin uğurlu olmasının açarıdır. Sinhua Xəbər Agentliyinin verdiyi məlumata görə, Çin rəsmisi son günlərdə baş tutan müzakirələrin faydalı və səmərəli olduğunu vurğulayaraq, bu danışıqların yeni bir mərhələyə qədəm qoyduğunu söyləyib. Vanq Çin rəhbərliyinin, HBFP sazişinin bərpası üçün ərsəyə gələn Birgə Komissiyanın işçi qruplarında ilkin razılaşma mətnlərinin hazırlanması üçün aparılan intensiv danışıqları alqışladığını bildirib.