Islam Times 20 Aug 2018 152018000000Mon, 20 Aug 2018 15:59:33 +0430 15:59 https://www.islamtimes.org/az/news/745597/haaretz-hər-il-daha-çox-əsgər-psixoloji-müalicə-alır -------------------------------------------------- Title : Haaretz: “Hər il daha çox əsgər psixoloji müalicə alır” -------------------------------------------------- İslamtimes - İsrail rejiminin ordusunda psixoloji müalicə alan əsgərlərin saynın son on ildə 40% artdığı qeyd olunub. Text : Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Haaretz qəzeti İsrail rejiminin Hava Qüvvələrinə bağlı Psixiatriya kafedrasının müdiri Lia Şlaffın hərbi jurnalda dərc etdiyi hesabatına əsaslanaraq, belə qeyd edib: “İsrail rejiminin ordusunda ruhi sağlamlığı pozularaq, psixoloji yardım tələb edən əsgərlərə, keçən il ümumilikdə 47 min seans psixoloji dəstək verilib.   Hesabatda əsgərlərin 2013-cü illə müqayisədə 2500 seans çox dəstək aldığı vurğulanıb. “Son 10 ildə müalicə alan əsgərlərin sayının 40% artıması çox yüksək rəqəmdir və bu artım terapiyaçıların əsgərləri müalicə etməsindəki performansını azalda bilər”, - deyə Şlaff bildirib.   Hesabatda, ordudakı psixoloji dəstək tələbində olan artımın səbəbi, İsrail rejiminin nəzarəti altında olan torpaqlarda yaşayan sionistlərin böyük bir hissəsinin üzləşdiyi ağır sosial-iqtisadi şərtlər və ölkədə əsgərlik etmək motivasiyanın aşağı düşməsi göstərilib.   Xəbərə görə, İsrail rejiminin ordusundakı bəzi rəsmilər də, əsgərləri psixoloji dəstək almağa sürükləyən səbəblər arasındadır.     Ordunun vəziyyəti daha çox pisləşən və intihar hallarının qarşısının alınması üçün psixoloji halı pis olan əsgərlərə təcili dəstək verilməsini tövsiyə etdiyi bildirilir.   İsrail rejimində hər 6 kişi əsgərdən və hər 15 qadın əsgərdən birinin, psixoloji problemlərini əsas göstərərək, ordudan tez tərxis olunmağı tələb etdiyi qeyd olunur.