Islam Times 23 Sep 2021 192021000000Thu, 23 Sep 2021 19:40:23 +0330 19:40 https://www.islamtimes.org/az/news/955396/səna-strateji-əl-bəyda-əyalətinin-tamamilə-azad-edildiyini-elan-etdi -------------------------------------------------- Title : Səna strateji Əl-Bəyda əyalətinin tamamilə azad edildiyini elan etdi -------------------------------------------------- İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü strateji Əl-Bəyda əyalətinin tamamilə azad edildiyini açıqlayaraq, Əl-Qaidə, İŞİD və Səudiyyə koalisiyası müttəfiqlərinə qarşı raket və pilotsuzlarla əməliyyatların detallarını açıqlayıb. Text : "FarsNews"un verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya Səri "Azadlıq və İstiqlal İnqilabı Bayramı" adlandırdığı 21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən xalqını təbrik edib. Əl-Məsirə xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu barədə deyib: "Fəcr əl-Hürriyyə əməliyyatında ilk növbədə Yəməndəki təcavüzkar koalisiya ilə əlaqəli Əl-Qaidə və İŞİD ünsürlərinin qalıqları hədəfə alındı. Yəmən ordusu və xalq komitələri 48 saat ərzində Əl-Suma, Məsura və Makiras məntəqəsinin 2700 kvadrat kilometrini azad etdi." Koalisiya qüvvələri 30 hava hücumu ilə Yəmən ordusunun qarşısını almağa çalışsa da, ordu sonra strateji Əl-Bəyda şəhərini də azad etməyə nail olub.