Islam Times 12 Jun 2021 012021000000Sat, 12 Jun 2021 01:17:21 +0430 1:17 https://www.islamtimes.org/az/news/937585/putinlə-baydenin-görüşü-bunun-üçün-lazımdır-peskov -------------------------------------------------- Title : Putinlə Baydenin görüşü bunun üçün lazımdır - Peskov -------------------------------------------------- İslamTimes: Rusiya-ABŞ zirvəsi iki ölkə arasındakı dialoqun gələcək deqradasiyasını dayandırmaq üçün lazımdır. Text : Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib. "Bu münasibətlərin kritik səviyyəsi bir zirvə keçirilməsini tələb edir. Çünki bu, dialoqun daha da tənəzzülə uğramamasının yeganə yoludur", - Peskov deyib. Peskov qeyd edib ki, Putin Cenevrəyə iki ölkə arasındakı münasibətlərin pis vəziyyətdə olması səbəbindən gedir, eyni platformada yanında olmaq üçün deyil. Qeyd edək ki, Rusiya-ABŞ sammiti iyunun 16-sında İsveçrənin Cenevrə şəhərində olacaq.