Islam Times 2 Mar 2018 202018000000Fri, 02 Mar 2018 20:04:50 +0330 20:04 https://www.islamtimes.org/az/news/708534/həsən-ruhani-azərbaycan-prezidentinə-başsağlığı-verib -------------------------------------------------- Title : Həsən Ruhani Azərbaycan prezidentinə başsağlığı verib -------------------------------------------------- IslamTimes - İran prezidenti Həsən Ruhani Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. Text : APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb. “Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.