Islam Times 22 Sep 2021 102021000000Wed, 22 Sep 2021 10:16:16 +0330 10:16 https://www.islamtimes.org/az/news/955116/fərid-şəfiyev-iran-və-türkiyənin-araşdırma-mərkəzlərinin-rəhbərləri-ilə-müzakirələr-aparacağıq -------------------------------------------------- Title : Fərid Şəfiyev: "İran və Türkiyənin araşdırma mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparacağıq" -------------------------------------------------- İslamTimes: "İranın və Türkiyənin araşdırma mərkəzləri bizim dəvətimizlə Azərbaycana gəlib". Text : APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, üçlü formatda müzakirələr çoxdan planlaşdırılırdı: “Sadəcə pandemiya səbəbindən bu, icra edilməmişdi. İranla Azərbaycan arasında müəyyən gərginlik müşahidə edilir. Amma üçlü formatda olan müzakirələr bundan öncə planlaşdırılmışdı. Hesab edirəm ki, məhz araşdırma mərkəzlərinin platforması problemli məsələlərin müzakirə edilməsi üçün məqsədəuyğun yerdir. Məqsəd İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti, regiondakı yeni şəraiti müzakirə etməkdir. Nəqliyyat layihələri və digər layihələr bura daxildir”.