Islam Times 9 Apr 2011 072011000000Sat, 09 Apr 2011 07:03:49 +0430 7:03 https://www.islamtimes.org/az/news/64042/misir-xalqı-abş-və-israilə-qarşı -------------------------------------------------- Title : Misir xalqı ABŞ və İsrailə qarşı -------------------------------------------------- IslamTimes - Misirdə milyonlarla insanın qoşulduğu aksiyada İsrail və ABŞ bayraqları yandırıldı Text : "İslamTimes"-ın verdiyi məlumata əsasən, ötən gün milyonlarla misirli "Mühakimə Cüməsi" adı altında etiraz aksiyası keçirib. Qahirənin "Təhrir" meydanında keçirilmiş bu aksiyada xalq sabiq Misir diktatoru Hüsnü Mübarək və onun hakimiyyəti zamanı dövlət başında olmuş şəxslərin mühakimə edilməsini tələb edib. Əldə olunan məlumatlara əsasən, ötən gün keçirilən aksiya zamanı Təhrir meydanı ilə yanaşı, ətraf prospektlər də insanlara dolu olub. Telekanalların yayımladığı videolentlərdə nümayişçilərin İsrail və ABŞ bayraqlarını yandırdığı müşahidə edilir.