Islam Times 21 Jun 2021 192021000000Mon, 21 Jun 2021 19:27:42 +0430 19:27 https://www.islamtimes.org/az/news/939296/həmas-bennetə-cavab-verdi-yuxunuzda-belə-görməyəcəksiniz -------------------------------------------------- Title : HƏMAS Bennetə cavab verdi: Yuxunuzda belə görməyəcəksiniz! -------------------------------------------------- İslamTimes: HƏMAS rəsmisi işğalçı İsrail rejiminin yeni baş nazirinə deyib: "HƏMAS-ın ağ bayraq qaldırdığını yuxunuzda belə görməyəcəksiniz!" Text : İşğalçı İsrail rejiminin yeni baş naziri Naftali Bennet 2014-cü il ildə Qəzza ilə müharibə zaman həlak olmuş sionistlərin anım mərasimində Fələstin xalqına qarşı təhdid mesajı ünvanlayıb. O deyib: Fələstinlilər sionist rejimin fərqli əməliyyatlarına alışmalıdır. Artıq səbrimiz tükənib. Raket hücumları və zorakılığa daha dözüm göstərməyəcəyik... 7 ildir bir neçə İsrail hərbçisi Fələstində əsirlikdədir. Onların geri qaytarılması üçün əlimizdən gələni edəcəyik." HƏMAS-ın siyasi şurasının üzvü Süheyl əl-Hendi isə Bennetin cavabında bildirib ki, sionistlər HƏMAS-ın ağ bayraq qaldırdığını yuxusunda belə görməyəcək! Sionist rejim zindanlarında yüzlərlə günahsız fələstinli illərdir ki, həbs həyatı sürür. Biz onların azad olunması üçün başlatdığımız fəaliyyətdən geri çəkilməyəcəyik!