Islam Times 17 Oct 2021 172021000000Sun, 17 Oct 2021 17:32:02 +0330 17:32 https://www.islamtimes.org/az/news/959186/iran-bu-həftə-danışıqlara-başlayır-deputat -------------------------------------------------- Title : İran bu həftə danışıqlara başlayır - Deputat -------------------------------------------------- İslamTimes: İran hökuməti bu həftə ərzində nüvə razılaşması ilə bağlı danışıqlara başlaya bilər. Text : Axar.az xəbər verir ki, bunu iranlı deputat Bəhruz Möhəbbi Nəcm Abadi Tvitter səhifəsində yazıb. “Xarici işlər nazirimizin sözlərinə görə, nüfuzlu ölkələr sanksiyaların ləğv edilməsi üçün strateji tədbirlərin qəbul edilməsi haqqında qanuna xüsusi diqqət yetirirlər. Hamısı ciddi və aydın bir mesaj alıb. Belə güclü bir vasitə ilə hökumət bu həftə danışıqlara başlayacaq”, - iranlı deputat bildirib.