Islam Times 16 Jan 2022 092022000000Sun, 16 Jan 2022 09:33:37 +0330 9:33 https://www.islamtimes.org/az/news/973856/peskovdan-kritik-ukrayna-açıqlaması-sərhəddə-gərginlik -------------------------------------------------- Title : Peskovdan kritik Ukrayna açıqlaması - "Sərhəddə gərginlik..." -------------------------------------------------- İslamTimes: “Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, bu səbəbdən Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”. Text : Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə konkret cavab arzusundadır. Peskov vurğulayəb ki, sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var: "Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir". Peskov eləcə də qeyd edib ki, ABŞ Rusiyanın Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair irəli sürdüyü iddialara dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.