Islam Times 21 Sep 2021 122021000000Tue, 21 Sep 2021 12:28:27 +0430 12:28 https://www.islamtimes.org/az/news/954965/borrelldən-aukus-böhranına-reaksiya -------------------------------------------------- Title : Borrelldən AUKUS böhranına reaksiya -------------------------------------------------- İslamTimes: Bölgədəki mövcud vəziyyət həmfikir insanlar arasında daha çox əməkdaşlıq tələb edir. Text : Axar.az xəbər verir ki, bu açıqlama ilə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell çıxış edib. O əlavə edib ki, Avropa Birliyi bu məsələ ilə bağlı daxili məsləhətləşmələr keçirməyi planlaşdırır. Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.