Islam Times 1 Sep 2021 012021000000Wed, 01 Sep 2021 01:09:48 +0430 1:09 https://www.islamtimes.org/az/news/951517/bmt-əfqanıstanda-humanitar-fəlakət-qaçılmazdır -------------------------------------------------- Title : BMT: Əfqanıstanda humanitar fəlakət qaçılmazdır! -------------------------------------------------- İslamTimes: Əfqanıstanda humanitar fəlakət yaxınlaşır. Text : Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, Əfqanıstan əhalisinin təxminən yarısı – 18 milyon insanın humanitar yardıma ehtiyacı var: “Hər 3 əfqandan biri növbəti dəfə nə vaxt qida qəbul edəcəyini bilmir. Beş yaşınadək olan uşaqların yarısından çoxunun gələn il qida qıtlığı ilə üzləşməsi gözlənilir. İnsanlar hər gün əsas mal və xidmətlərə çıxışlarını itirirlər. Humanitar fəlakət yaxınlaşır”.