Islam Times 4 Jan 2022 012022000000Tue, 04 Jan 2022 01:05:52 +0330 1:05 https://www.islamtimes.org/az/news/971911/tramp-mühakimə-edilməli-və-ondan-qisas-alınmalıdır-iran-prezidenti -------------------------------------------------- Title : Tramp mühakimə edilməli və ondan qisas alınmalıdır – İran prezidenti -------------------------------------------------- İslamTimes: “Amerikalılar bir fərdi deyil, bir milləti terrora məruz qoydular. Tramp gərək mühakimə edilsin və ondan qisas alınsın. ABŞ-ın sabiq qatil və təcavüzkar prezidentindən qisas alınmalıdır. Allahın onun barədə hökmü icra edilməlidir.” Text : SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi bu günkü çıxışında deyib. İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymaninin terrora məruz qalmasının ikinci ildönümündə keçirilən mərasim zamanı çıxış edən İbrahim Rəisi bildirib ki, ölkəsinin xalqı generalın intiqamını alacaqlar. Trampdan qisasın alınacağını bildirən İbrahim Rəisi deyib: “Amerikanın dövlət adamları bilməlidirlər ki, bu ümmətin intiqam əli heç vaxt boş qalmayacaq.” Qeyd edək ki, ABŞ Ordusu 2020-ci ilin yanvar ayının 2-dən 3-ə keçən gecə İraqda açıq və rəsmi səfərdə olan Qasim Süleymanini və onunla birgə İraqın Xalq Səfərbər Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi eləcə də onlarla birgə digər yeddi iraqlı hərbçini terror edib. Bundan sonra bölgədə gərginlik müharibə astanasına qədər irəliləyib. İraq Parlamenti bu terror addımından sonra ölkədəki əcnəbi qüvvələrin çıxmasına səs verib.