Islam Times 19 Sep 2021 212021000000Sun, 19 Sep 2021 21:30:47 +0430 21:30 https://www.islamtimes.org/az/news/954669/iran-xin-rəhbəri-abş-a-gedəcək -------------------------------------------------- Title : İran XİN rəhbəri ABŞ-a gedəcək -------------------------------------------------- İslamTimes: İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib. Text : Xətibzadə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın BMT Baş Assambleyasının iclasına qatılmaq üçün sabah Nyu-Yorka gedəcəyini və fərqli qitələrdən gələn xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib. Xətibzadə BMT Baş Assambleyasının iclasında İran nümayəndə heyəti ilə ABŞ nümayəndə heyəti arasında görüş planının olub-olmayacağı sualına "yox" cavabı verib. /Eastnews/