Islam Times 21 Jun 2021 082021000000Mon, 21 Jun 2021 08:09:42 +0430 8:09 https://www.islamtimes.org/az/news/939189/ermənistanda-səslərin-sayılması-başa-çatıb-paşinyan-qalib-gəlib -------------------------------------------------- Title : Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib -------------------------------------------------- İslamTimes: Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. Text : APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir. MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib. “Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.