Islam Times 16 May 2014 212014000000Fri, 16 May 2014 21:54:28 +0430 21:54 https://www.islamtimes.org/az/news/383230/siyasi-analitik-israil-fələstinlilərə-qarşı-etnik-təmizləmə-siyasəti-aparır -------------------------------------------------- Title : Siyasi analitik: İsrail fələstinlilərə qarşı etnik təmizləmə siyasəti aparır -------------------------------------------------- İslamtimes - Glenn deyib: “Bunlar hamısı oyundur, bütün bu sülh danışıqlarından məqsəd insanları sakitləşdirmək və başını qatmaq və nəhayətdə isə Fələstinin təmamilə etnik təmizlənməsini həyata keçirməkdir.” Text : Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, İsrail rejiminin sülh danışıqlarındakı əsas hədəfi işğal edilmiş ərazilərdə fələstinlilərin etnik təmizlənməsini həyata keçirməkdir. Siyasi şərhçi Mark Glen bu açıqlamanı keçən ay İsrail-Fələstin sülh danışıqları iflasa uğradıqdan sonra ilk dəfə olaraq ABŞ dövlət katibi Con Kerri və Fələstin hökumətinin fəaliyyətdə olan rəhbəri Mahmud Abbas arasında Londonda danışıqların baş tutması haqqında yayılan qeyri rəsmi məlumatdan sonra etdi. Glenn deyib: “Bunlar hamısı oyundur, bütün bu sülh danışıqlarından məqsəd insanları sakitləşdirmək və başını qatmaq və nəhayətdə isə Fələstinin təmamilə etnik təmizlənməsini həyata keçirməkdir.” O deyib ki, Sionist rejimi Aralıq Dənizinin şərq sahilləri də daxil olmaqla Nil çayı ilə Yevfrat çayı arasında mövcud olan hər bir şeyə nəzarət etməyə nail olmağı qarşıya məqsəd qoyub. Glenn deyib ki, ABŞ İsrail rejimini maliyyə, diplomatik və hərbi cəhətdən dəstəkləməkdən əl çəkməyən qədər hər hansı bir sülh danışığından heç bir nəticə gözləmək lazım deyil. O deyib: “Bu yardım kəsilməyənə qədər İsraili heç vaxt diz köçdürmək mümkün olmayacaq.” Analitik deyib ki, əgər Vaşinqton Yaxın Şərqdə sülhün bərqərar edilməsinin tərəfdarı olsaydı, bu zaman İsrailə olan dəstəyini dərhal dayandırardı. O deyib: “Ancaq təəssüflər olsun ki, bu baş verməyəcək, çünki istər Barak Obama kimi solçular, istərsə də digər siyasətçilər kimi sağçılar ölkədə İsraili sona qədər dəstəklməkdə qərarlıdırlar.” 15 May 1948-ci ildə İsrail qüvvələri 750 min fələstinlini öz yaşadıqları ərazidən zor ilə çıxarmışdılar. İsrail əsgərləri həmçinin təxminən 500 Fələstin kənd və şəhərini xəritədən silmiş və beləliklə də 4.7 milyon fələstinlini qaçqın vəziyyətinə salmışdır.