Islam Times 10 Jan 2012 002012000000Tue, 10 Jan 2012 00:54:58 +0330 0:54 https://www.islamtimes.org/az/article/129025/qondarma-soyqrım -------------------------------------------------- Title : Qondarma soyqrım -------------------------------------------------- İslamtimes - Holokost və ermənilərin qondarma soyqrımı tam fərqlidi . Text : - Dekabrın sonuncu dekadasında, yeni il ərəfəsində Fransa Milli Assambleyası Türkiyəyə və ümumiyyətlə türk dünyasına xoşagəlməz sürpriz təqdim etdi. Erməni soyqrımını 2001-ci ildə qəbul edən Fransada bu dəfə Milli Assambleyada “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan qanunu qəbul etdi. Görünür erməni diasporu gücünü toplayıb on ildən bir özü də seçki ərəfəsində nəsə bir addım atamağa qərar verir. Türkiyə ilə “bir millət iki dövlət” və “qardaşdan irəli” prinsipi ilə yaşayan Azərbaycanda Assambleyanın bu qərarına müxtəlif dairələrdən reaksiyalr gəldi. Qardaşlıq öz yerində amma Əliyev hakimiyyəti Assambleyanın bu qərarından bir qədər çətin duruma düşdü. Bu barədə sonra... KİV verdiyi xəbərə görə “Le Figaro” qəzetinə verdiyi müsahibəsində Xalq Hərəkatı Uğrunda İttifaqından senator Roje Karuçi deyib: “Məndə olan proqrama əsasən deyə bilərəm ki, adı çəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməyib. Əgər qanun layihəsi yanvarın sonuna kimi Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaq. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaq”. Yəni yaxşı gələcək üçün hələ ümid var, amma layihə Senata daxil ola da bilər çünki bunu üçün müəyyən qədər zaman var. Havel də Sarkisyana gülərək deyib ki, yəhudilər belə bir şeyə yol verməzlər və əgər versələr də bu onlar tərəfindən yol verilmiş kobud səhv ola bilər. Avropa həqiqətən bir soyqrımı birmənalı şəkildə tanıyır və bununla bağlı müvafiq qanun və qərarlar müxtəlif ölkələr tərəfindən qəbul edilib. Bu da yəhudilərin 3-cü reyx tərəfindən qenosidə məruz qalmasıdır. İndi özün erməni başbilənləri adlandıran adamlar da iddia edir ki, madam yəhudilərin soyqrımı dünya tərəfindən tanınıb və bunu inkar edənlər cəza ilə üzləşir, eyni qanun və qərarlar erməni soyqrımı haqqında da olmalıdr. Amma bu kökündən yanlış mövqedir. Niyə ? 1935-ci ildə 3-cü reyxin Nürenberqdə qəbul etdiyi qanunlara görə yəhudi əsilli vətəndaş 2-ci sortdur, yəhudi əsilli vətəndaş ictimai nəqliyyatdan istifadə edə bilməz, alman frauları ilə nigah və intim əlaqədə ola bilməz, dövlətin (3-cü reyxin) bayrağına toxuna, gəzdirə və ya evindən asa bilməz, ariyalılara tərbiyə vermək, tədris etmək və müalicə etmək hüququndan mərhum olurlar. İndi gələk Əliyev hakimiyyətinin Fransa parlamentindəki olaylara “reaksiya”sına. Əvvəla onu deyim ki, dünyanın müxtəlif parlamentlərində belə məsələlər ortaya çıxanda “bir millət iki dövlət” deyib, hakimiyyət nümayəndələri sinəni verir qabağa, bu dəfə məsələ başqa cür oldu. Dekabrın 23-də, Assambleyanın qanunu qəbul etdiyindən bir gün sonra Milli Məclisdə bəzi deputatlar məsələyə münasibət bildirdi. Hakim partiyanın funksioneri Siyavuş Novruzov çıxışında məsələyə münasibət bildirərkən deyir ki, Azərbaycan müxalifətinin nümayəndələri və ailə üzvləri belə bir qanunu qəbul edən Fransada sığınacaq tapır. İslamtimes - Julian Assangewikileaks.az@mail.ru