Islam Times 29 Nov 2021 232021000000Mon, 29 Nov 2021 23:39:19 +0330 23:39 https://www.islamtimes.org/az/news/966099/ulyanov-moskva-vyana-danışıqlarına-nikbin-baxır -------------------------------------------------- Title : Ulyanov: Moskva Vyana danışıqlarına nikbin baxır -------------------------------------------------- İslamTimes: "HBFP sazişinin bərpası danışıqlarının uğurla başa çatmasından başqa bizim ağlabatan alternativimiz yoxdur!” Text : Rusiyanın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov, Vyanada bu gün baş tutan HBFP sazişinin bərpası ilə bağlı müzakirələrdən öncə deyib: “Lütfən, Rusiyanı istisna edin. Biz Vyana danışıqlarındakı bütün problemlərdən tam xəbərdarıq, lakin yenə də razılaşma əldə olunacağına nikbinik. Bu nikbinliyin səbəbi çox sadədir. HBFP sazişinin bərpası danışıqlarının uğurla başa çatmasından başqa bizim ağlabatan alternativimiz yoxdur!” Qeyd edək ki, Ulyanov bu açıqlamanı avstriyalı jurnalist Stefani Lixtenşteynin Tvitter səhifəsində Vyanadakı danışıqlarda atmosferin üzücü olduğunu iddia etməsindən sonra verib.