Islam Times 15 Dec 2021 222021000000Wed, 15 Dec 2021 22:03:50 +0330 22:03 https://www.islamtimes.org/az/news/968691/pentaqon-iran-pua-ları-hər-ötən-gün-daha-ölümcül-olur -------------------------------------------------- Title : Pentaqon: İran PUA-ları hər ötən gün daha ölümcül olur -------------------------------------------------- İslamTimes: Con Kirbi: "İranın pilotsuz uçuş aparatları getdikcə daha dəqiq və daha ölümcül olur." Text : ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi çərşənbə günü deyib ki, İranın pilotsuz uçuş aparatları sənayesi hər ötən gün daha da inkişaf edir və İran PUA-ları getdikcə daha dəqiq və daha ölümcül olur. "MSNBC" kanalına verdiyi müsahibədə Con Kirbi iddia edib: “Hazırda bizim qarşımızda İranın nüvə proqramı məsələsi var. Yaxın Şərqdə nüvə silahına malik olan İranla asan həll oluna biləcək heç bir mövzu olmayacaq!” Pentaqon sözçüsü ABŞ-ın İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasına işarə etmədən deyib: “Onların (İranın) Obamanın prezidentliyi dövründə əldə edilən HBFP sazişinə qaytarılması üçün danışıqlar aparılır. Hazırda danışıqlar çətin keçsə də davam edir və bunun necə bitəcəyini hələ ki bilmirik”.