Islam Times 23 Oct 2021 112021000000Sat, 23 Oct 2021 11:52:30 +0330 11:52 https://www.islamtimes.org/az/news/960095/həşdi-şabi-konstitusiyaya-sadiqdir -------------------------------------------------- Title : "Həşdi Şabi" konstitusiyaya sadiqdir" -------------------------------------------------- İslamTimes: "Həşdi Şabi" qurumunun rəhbəri Falih əl-Fəyyaz dünən "Həşdi Şabi" liderləri və komandirləri ilə ölkədəki son təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün iclas keçirib. Text : Görüş əsnasında əl-Fəyyaz "Həşdi Şabi"nin İraqdakı demokratik sistemi qoruyan əsas qüvvə olduğunu və heç kimin qanun çərçivəsindən başqa heç bir yolla ona hücum etməyə haqqının olmadığını söyləyib. Əl-Fəyyaz bildirib ki, "Həşdi Şabi"nin vəzifəsi təhlükəsizlik qüvvələri ilə birlikdə ölkənin təhlükəsizliyini və sabitliyini qorumaqdır. "Ölkədə diktatorluğun yaranmasına və ya demokratiyanı sarsıtmasına icazə verməyəcəyik", - deyə əl-Fəyyaz söyləyib. "Həşdi Şabi" qurumunun rəhbəri əlavə edib ki, "Həşdi Şabi" qüvvələrinin qanun və konstitusiyaya sadiq olduğunu və siyasi müzakirələrə qarışmadığını da sözlərinə əlavə edib. /Eastnews/