Islam Times 11 Aug 2019 172019000000Sun, 11 Aug 2019 17:25:17 +0430 17:25 https://www.islamtimes.org/az/news/810109/sionist-hərbçilər-məscidül-əqsaya-hücum-edib -------------------------------------------------- Title : Sionist hərbçilər Məscidül-Əqsaya hücum edib -------------------------------------------------- İslamTimes: Qurban Günü namaz qılanlara hücum Text : Bu gün işğalçı İsrail hərbçiləri Məscidül-Əqsaya soxularaq namaz qılan müsəlmanlara hücum edib. Hadisə zamanı plastik güllə və gözyaşardıcı qazdan onlarla müsəlman xəsarət alıb. Fələstin Qırmızı Aypara Cəmiyyəti xəbər verir ki, 20-dən çox xəsarət alan fələstinli arasında bir uşaq da var.   Sionist rejimin bütün vəhşiliklərinə baxmayaraq işğal olunmuş Qüdsdə Məscidül-Əqsada on minlərlə müsəlman Qurban bayramı namazı qılıb.